TikTok-dakı aqrar videolara yazılmış fermer şikayətləri. Kommentlər adsız göstərilir, oxşar fikirlər təkrarlanmır.
Bu filtrdə video yoxdur
AqroLent-i telefona yükləyin Safari-də aşağıdakı Paylaş düyməsinə (□↑) toxunun, sonra "Əsas ekrana əlavə et" seçin.
➕ Paylaşım təklif et
Kənd təsərrüfatı ilə bağlı TikTok, Facebook, Instagram və ya YouTube paylaşımının linkini göndərin. Baxıb uyğun olsa lentə əlavə edəcəyik. Adınız və ya telefonunuz soruşulmur.
🔐 Admin girişi
📊 Analiz
TikTok · 01.01.2026 – 24.11.2026 · satış və reklam videoları çıxarılıb
📌 Gündəmin əsas mövzuları
Fərdi təsərrüfatların uçotu (2027-dən). Ən çox müzakirə olunan mövzu budur: mal-qaranın, quşun, süd və yumurtanın, torpağın uçota alınması. Ən çox şərh toplayan video (4.984 şərh, 723.000 baxış) bu mövzudadır. İnsanların əsas sualı "kəndli vergi verəcəkmi?" olub.
Torpaq məsələləri. Pulsuz torpaq verilməsi (722.700 baxış), pay torpaqlarının taleyi, torpaqların təyinatının dəyişdirilməsi, kənd təsərrüfatı torpaqlarında tikinti, torpaqların konsolidasiyası və Ləhiş bağlarında torpaq mübahisəsi.
Vergi və subsidiya dəyişiklikləri. Aqrar sektorda 100% vergi azadlığının 5 il üçün 90% güzəştlə əvəzlənməsi, subsidiyanın məhsula görə verilməsi, 30% avans, sertifikatlı toxum tələbi və heyvandarlıq üçün yeni subsidiyalar.
"Aqrarkredit" işi. 100 milyon manatdan artıq kredit vəsaitinin mənimsənilməsi iddiası bir neçə xəbər videosunda yer alıb.
⚠️ Fermer şikayətləri
Məhsul satışı və qiymət. Məhsulunu sata bilməyən vətəndaşın Nazirliyə etirazı (633.500 baxış). Ucarda fermerin südü yerə tökməsi (463.500 baxış, 2.735 şərh). Füzulidə südün aşağı qiymətə alınmasından narazılıq.
Ödənişlər. Salyan, Neftçala və Sabirabadda pambıq pulunun aylarla ödənilməməsi, "Aqroservis" və 200-ə yaxın fermerin haqqı ilə bağlı narazılıqlar.
Subsidiya. Kiçik fermerlərin subsidiyadan kənarda qalması (327.000 baxış). Kürdəmirdə əkin subsidiyasının, fermerlərin sözlərinə görə, əsassız kəsilməsi.
Təbii fəlakət və xəstəlik. Xaçmazda yağışın əkinlərə vurduğu ziyan, Salyanda üzümçülüyə yağış ziyanı, Cəlilabadda kartof sahələrində xəstəlik, Zaqatala və Şəki kəndlərindəki problemlər.
💡 Ən çox baxılan məsləhətlər
Bağçılıq məsləhətləri ən geniş auditoriyaya çatır: gilas, üzüm, limon və nar budaması, ağac gübrələməsi (bir video 200–570 min baxış). Ən aktiv məsləhət səhifələri Bitkiçilik Aləmi, Aqronommotive, AqroSüleymanov, Xaçmaz Bağçılıq və fermerlere.meslehet hesablarıdır.
Mövzular üzrə
Növ üzrə
Aylar üzrə
Metodika: 260 heşteq (Azərbaycan və latın hərfləri ilə yazılış variantları daxil) üzrə 5.021 video toplanıb. 2026-cı ildən əvvəlki, xarici dilli, satış və reklam xarakterli, həmçinin kənd təsərrüfatı ilə əlaqəsi olmayan videolar çıxarılıb. Qalan videolar açıqlamaları əsasında əl ilə təsnif edilib. TikTok heşteq səhifələri daha çox yeni və populyar videoları göstərdiyi üçün son aylar nümunədə daha geniş təmsil olunur. Baxış sayları 24.11.2026 tarixinə aiddir.
Facebook · 09.01.2026 – 24.11.2026 · satış və reklam paylaşımları çıxarılıb
📌 Gündəmin əsas mövzuları
2027-ci ildən aqrar vergi və uçot. Facebook-da ən çox müzakirə olunan mövzu budur. 100%-lik vergi azadlığının ləğvi, 10%-lik vergi təklifi, ev təsərrüfatlarında mal-qara, quş, süd və yumurtanın uçota alınması. Ən çox reaksiya toplayan şikayət paylaşımları da bu mövzudadır.
Dövlət Proqramı (2026–2030) və subsidiyalar. Rayon icra hakimiyyətlərinin monitorinqləri, təkrar əkin subsidiyası, 30% avans, sertifikatlı toxum tələbi, Aqrar Sığorta Fondunun yenilikləri.
Özünüməşğulluq proqramı. Cins damazlıq heyvanların verilməsi ən çox paylaşılan rəsmi xəbərlərdəndir.
"Aqrarkredit" işi. 100 milyon manatdan artıq kredit vəsaiti ilə bağlı iddialar və həbs xəbərləri.
⚠️ Fermer şikayətləri
Ödənilməyən pambıq pulu. Salyanda fermerlər "Aztəsərrüfat" MMC-yə təhvil verdikləri pambığın pulunu aylarla ala bilmir. Şikayət sayına görə ən çox yazılan mövzudur.
Vergi və uçot narahatlığı. "Kiçik fermerlər sıradan çıxacaq, qiymətlər artacaq" kimi paylaşımlar. Reaksiya sayına görə birinci yerdədir.
Suvarma suyu. Neftçala, Saatlı, İmişli və Şərurda suyun çatmaması, İmişlidə suvarma suyunun balıq hövzələrinə yönəldilməsi iddiası.
Bahalaşma. Ət, toyuq əti, yumurta, kartof və soğanın qiyməti.
Təbii fəlakət və xəstəlik. Lənkəranda 90%-lik məhsul itkisi, Göyçayda nar bağlarında çürümə, Cəlilabadda kartof xəstəlikləri, Şahbuz və Balakəndə sel.
Satış problemi. Xaçmazda gilasın, çiyələyin satılmaması, südün aşağı qiymətə alınması.
Mövzular üzrə
Növ üzrə
Format üzrə
Aylar üzrə
Metodika: Facebook axtarışında Azərbaycan və latın hərfləri ilə yazılış variantları daxil olmaqla açar sözlər üzrə 2.597 paylaşım (video, şəkil və mətn) toplanıb. 2026-cı ildən əvvəlki, xarici dilli, satış və reklam xarakterli və kənd təsərrüfatı ilə əlaqəsi olmayan paylaşımlar çıxarılıb, qalan 709 paylaşım əl ilə təsnif edilib. Analizə qrup paylaşımları da daxildir, lakin lentdə yalnız açıq səhifə və profil paylaşımları göstərilir. Facebook axtarışı hamısını deyil, ən uyğun nəticələri göstərdiyi üçün nümunə tam deyil. Reaksiya sayları 24.11.2026 tarixinə aiddir.
TikTok kommentləri · 01.01.2026 – 24.11.2026
⚠️ Kommentlərdə əsas şikayətlər
Torpaq və su. Suvarma suyunun verilməməsi (Şəmkir, Naxçıvan, Təzəkənd), örüş sahələrinin satılması və zəbti (Beyləqan, Ağsu, Sabirabad), torpaq sənədləşməsinin uzun və baha olması.
Subsidiya və uçot. Subsidiyanın gecikməsi və azalması (230 → 200 manat), ancaq böyük təsərrüfatlara yönəlməsi, monitorinqdən sonra pulun köçürülməməsi, ev təsərrüfatlarının uçotuna etiraz.
Metodika: 446 TikTok videosunun 407-sindən 17.557 əsas komment toplanıb (cavab kommentləri daxil deyil; TikTok hər videoda ən çox 350–400 komment göstərir). Açar sözlərlə 1.576 namizəd seçilib, hamısı əl ilə oxunub. Kənd təsərrüfatı ilə bağlı şikayətlər saxlanılıb, eyni fikri təkrarlayanlardan biri göstərilib. Müəlliflərin adları və şəxsi məlumatlar silinib, bəzi kommentlərdə imla səhvləri yalnız oxunaqlıq üçün düzəldilib, təhqiramiz ifadələr çıxarılıb.